Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.
APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.
 
İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.
 
DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.
 
Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.
 
DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.
 
DTX-dan yeni təyinatların olduğu barədə məlumatı təsdiqləyiblər.

Google+ WhatsApp ok.ru