Dövlət İmtahan Mərkəzindən abituriyentlərə müraciət 30 Mart 2017 01:00 Elm, Təhsil 27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidir. Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib ənənəvi üsulla keçirilən sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilər. Sınaq imtahanlarına yazılış tarixləri barədə əlavə məlumat veriləcək. / Teqlər : #Dövlət İmtahan Mərkəzindən abituriyentlərə müraciət, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri məlum olub Sabah 9 illik bazadan kolleclərə sənəd qəbulu başa çatır