Dövlət müəssisələrinin borcları Neft Fondunu tükəndirəcək

Dövlət müəssisələrinin borcları Neft Fondunu tükəndirəcək

Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəlikərinin könüllü restrukturizasiyası barədə qərar gündəmdən düşmür. Məsələnin iqtisadi tərəfi artıq hamıya bəllidir. 
 
ABB borclarını ödəyə bilmir və özəlləşdirilməsi ərəfəsində dövlət onun borclarını öz üzərinə götürür ki, bankı alan tapılsın. Bəs dövlətin üzərinə götürmək istədiyi borcların həcmi nə qədərdir?
 
Hüquqşünas Əkrəm Həsənov bildirib ki, ABB-nin dərc etdiyi plana əsasən 31 borc öhdəliyi dövlətə keçəcək. Bəzi öhdəliklərin icra vaxtı artıq çatıb (deməli, ABB ödənişləri gecikdirir), bəziləri isə bu və növbəti illərdə çatacaq (sonuncu 2025-ci ildə).
 
Cəmi borc 2,145580061 mlrd. dollar və 0,114013243 mlrd. avro təşkil edir. Sonuncunu da dollara çevirəndə (0,124274434dollar) cəmi borc 2,269854495 dollar təşkil edir. Əkrəm Həsənov mətbuatda Beynəlxalq Bankın borcunun 3,3 mlrd. dollar olması ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, böyük ehtimalla əlavə 1 mlrd. dollar Neft Fondunun ABB-dəki əmanətidir. Yəni faktiki Fondun ABB-dəki pulu batıb: “Ümumən aydındır ki, mövcud iqtisadi durumda və dövlət büdcəsinin halında (vergi orqanları vergi yığmaq üçün min cür oyundan çıxır) dövlət üzərinə götürdüyü bu öhdəliyi büdcədən, yəni vergilər hesabına ödəyə bilməyəcək. Vergilərin artırılmasının isə yeri heç yoxdur, onsuz da sahibkarlar boğulur. Buna görə də açıq-aşkardır ki, bu borcları Neft Fondu ödəməli olacaq”. Ekspert bildirib ki, Beynəlxalq Bankdakı hadisələr bir neçə dövlət şirkətində də təkrarlanarsa, Neft Fondunun ehtiyatları tükənəcək. (fins.az) /
 

Google+ WhatsApp ok.ru