Dövlət proqramları və anlaşmazlıqlar

Dövlət proqramları və anlaşmazlıqlar

"Novoye Vremya" qəzetində isə diqqəti "Dövlət proqramlarının problemləri" sərlövhəli məqalə cəlb edir.
 
Yazıda hökumətin pambıqçılığın və tütünçülüyün inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramlarının səmərəliliyi dəyərləndirilir:
"Bu bitkilər texniki xarakterlidir, onların inkişafı spesifik şərtlərə bağlı olduğu üçün buna zəruri şəraitin olması lazımdır. Hər iki sahə üzrə dövlət proqramı isə, spesifik parametrlər istisna olmaqla, bir-birinin bənzəridir".
 
Müəllifə görə, əgər dövlət bu sahələri inkişaf etdirmək istəyirsə, o zaman keçmiş təcrübəni öyrənməlidir.
 
Yazıda vurğulanır ki, əslində indiki halda ölkədə pambıq istehlakçılarının bazarı yoxdur. Ölkədə parça istehsalının səviyyəsi çox aşağıdır:
"Bazarda satılan məhsulların əksər hissəsi idxal mallarıdır, zəruri infrastruktur var, o da çox zəif durumdadır. Fermer təsərrüfatları dövlətin pambığı alacağı fürsətindən istifadə edirlər. Amma sonrakı məsələlər heç kəsi maraqlandırmır. Bu məhsulun böyük hissəsi ixraca hesablanır. Amma beynəlxalq bazarda Azərbaycanı heç kəs tanımır, pambığın keyfiyyəti isə heç də yaxşı deyil".
 
Müəllif hesab edilir ki, tütünçülüyün inkişafı ilə bağlı isə ümumilikdə bir anlaşılmazlıq var. Bir tərəfdən, parlament və hökumət ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdırır, cərimələri artırır. Digər tərəfdən isə, tütünçülüyün inkişafı ilə bağlı dövlət proqramı qəbul edilir:
"O zaman bu sahə necə inkişaf edəcək, çünki onun əsas istehlakçıları siqaret çəkənlərdir. Bu sahədə ixracdan danışmaq isə gülməli görünür...". /

Google+ WhatsApp ok.ru