Dövlət ittihamçısı Hacı Zülfüqara 18 il, Seyid Elmana isə 15 il  həbs cəzası istədi

Dövlət ittihamçısı Hacı Zülfüqara 18 il, Seyid Elmana isə 15 il həbs cəzası istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran-3” işi üzrə ilahiyyatçı alim Hacı Zülfüqar Mikayılzadə, Seyyid Elman Ağazadə və digərlərinin məhkəmə prosesi keçirilib
 
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
 
O, Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses sentyabrın 25-də davam etdiriləcək.

Google+ WhatsApp ok.ru