Yəmən rəsmisi: 'Xalqımız heç vaxt təslim olmayacaq' 14 İyun 2021 13:06 Yəmən "Səudiyə rejiminin koalisiyası altı ildir müqavimət göstərən bir millətin heç vaxt təslim olmayacağını bilməlidir. Təcavüzkarın qoşunları və muzdluları bizi hərbi döyüşdə sınadı və bu altı il ərzində xalqımız qəti tarixi müqavimət nümayiş etdirdi və xalqımızın bu dayanıqlığı boşa getməyəcək", – deyə Yəmənin Milli Qurtuluş Hökumətinin müdafiə və təhlükəsizlik üzrə baş nazirinin müavini söyləyib. Maide.Az "deyerler.org" -a istinadən verdiyi xəbərə görə, briqada generalı Cəlal ər-Ravişan, yəmənlilərin qardaşlıq qucağının onların son illərdə verdikləri qurbanlardan sonra, şərəf və ləyaqətinə hörmətlə yanaşan dünyaya açıq olduğunu söyləyib. "Sana hava limanının və Əl-Hudeyda limanının açılması yalnız humanitar məsələlərlə bağlıdır və biz heç vaxt mühasirəyə təslim olmamışıq və gələcəkdə də təslim olmayacağıq. İndi “top” təcavüzkar qüvvələrin tərəfindədir ki, böhrandan çıxmaq üçün təklif etdiyimiz həll yollarından istifadə etsinlər", - deyə Ər-Ravişan bildirib. Teqlər : #Yəmən,#rəsmisi:,#'Xalqımız,#heç,#vaxt,#təslim,#olmayacaq', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən Baş Naziri: İşğalçı ölkələr vasitəçilərdən istifadə edir Yəməndə hər 5 dəqiqədə bir yəmənli uşaq ölür
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'