DW: 'İran ABŞ-ın bazasını vuraraq dünyaya mesaj verdi'

DW: 'İran ABŞ-ın bazasını vuraraq dünyaya mesaj verdi'

Almaniya sabiq müdafiə naziri Ursula Von der Leyen Almaniyanın Doyçe Velle (Deutsche Welle - DW) informasiya saytında gedən məqaləsində, İranın İraqda ABŞ-ın Ayn Əl-Əsəd bazasına təşkil etdiyi hücumla dünyaya aydın bir mesaj verdiyini bildirib.  

 
Ursula Von der Leyen məqaləsində İranın ABŞ hərbi bazasına təşkil etdiyi hücuma toxunaraq, bunları qeyd edib: “ABŞ ordusunun mövcud protokollarına əsasən, əgər bu ölkənin dünyanın hər hansı bir bölgəsindəki bazalarına hücum edilsə, bu, yəni həmin ölkənin torpağına hücum təşkil olunduğu mənasına gəlir.  
 
İran bu əməliyyatda, bir metro stansiyasına və ya amerikalı turistlərin avtobuslarına hücum etmədi, ABŞ ordusunun əsgərlərinin gözlərinin içinə baxdı və onların İraqdakı ən böyük hərbi bazasını hədəfə aldı.  
 
Bu baza şübhəsiz ki, ən inkişaf etmiş hərbi maşınlara və imkanlara sahib olan bir bazadır. Bu baza, döyüş otaqlarından xəstəxanalara və kinodan kafeyə qədər bir çox imkana sahib idi, yəni ABŞ-ın bir hissəsi idi, hətta içməli su belə ABŞ-dan gətirilirdi...  
 
İndi isə, üçüncü dünya ölkəsi olan bir ölkə, öz yerli raketləriylə bu bazaya hücum edir və prezident Buşun rəhbərliyi dövründə yüksək xərclərlə təmin edilən dünyanın ən böyük raketdən müdafiə sistemləri olan GPS müdafiə sistemini hədəfə alır.  
 
İndi, bu sistemləri almaq üçün çox pul xərcləyən ABŞ-ın bölgədəki müttəfiqləri (Səudiyyə rejimi, Bəhreyn, Küveyt, BƏƏ, Azərbaycan, Ermənistan ...) şübhəyə düşdülər, görəsən hərbi bir qarşıdurmada bu raket sistemi işə yarayacaq və ya yenidən pul xərcləyəcək və ABŞ prezidentinin həyasızlığına dözəcəklər?”
 
  Bu ölkələrin hərbi müttəfiqlərini dəyişdirməyin vaxtı deyilmi?!  
 
Bu hərbi əməliyyatda hər hansı bir itki olmadığını fərz etsək də, hətta bir raketin də İraqdakı Ayn Əl-Əsəd bazasına düşməsi Yaxın Şərq bölgəsinə mühüm bir mesaj göndərir. Həmin mesaj budur - Hərbi müttəfiqinizi seçmək mövzusunu yenidən nəzərdən keçirin! Çin və Rusiya, hətta İran daha yaxşı müttəfiq ola bilər”./Deyerler.or

Google+ WhatsApp ok.ru