İŞİD xərçəng xəstəliyi yaradan maddələri Mosula daxil edib

İraq parlamentinin deputatı bildirib ki, İŞİD terror qruplaşması xərçəng xəstəliyi yaradan maddələri Mosul daxil etməklə bu təhlükəli xəstəliyin şəhərdə yayılmasına səbəb olub.
 
Maide.az-ın məlumatına görə, Salim Məhəmməd deyib ki, Mosul şəhəri sakinləri arasında xərçəng xəstəliyinin bir sıra növlərinin olmasına dair faktlar tapılıb. Bu xəstəlik İŞİD-ə bağlı mafiyaların xərçəng xəstəliyi yaradan ərzaq maddələrini bu şəhərə daxil etməsi nəticəsində baş verib. 
 
O bildirib ki, İraq Səhiyyə Nazirliyi Mosula tibbi yardımlar və zəruri dərman preparatlarını göndərə bilmir. Bu məsələ işi daha da çətinləşdirib. 

Google+ WhatsApp ok.ru