İŞİD Xorasanda uşaqlara əl atdı

İŞİD Talibanın lider sıxıntısı üzündən Kunar əyalətində fəaliyyətini uşaqlara silah istifadə etməyi öyrədərək gücləndirir

Maide.az xəbər verir ki, Əfqanıstanın qeyri-sabit təhlükəsizlik vəziyyəti, Talibanın öz içindəki kiçik, amma getdikcə böyüyən parçalanmalar, regionda İŞİD qrupunun daha çox güclənməsinə səbəb olur.
Talibandakı qeyri-sabitlik Xorasanda getdikcə artan İŞİD qrupunun maliyyə dəstəyini artırması təhlükəsi ilə üz-üzədir. Xorasan bölgəsində İŞİD-i yaradan Gül Dali Kunar əyalətində dostları və ailəsi ilə çəkdirdiyi fotolarını sosial mediada paylaşıb.
İŞİD-in Kunarda uşaqların beynini yuduğu, azyaşlı uşaqlara silahdan istifadə etməyi və bomba istehsalını öyrətdiyi bildirilir.
Hələlik sayları az da olsa, Taliban lideri Molla Ömərin ölümündən sonra İŞİD bölgədəki xalqdan əhəmiyyətli dərəcədə dəstək alır.
Talibanın yeni lideri Mənsurun olduğu bildirilən səsli mesajda, "Bizim parçalanmamızdan düşmənlər xoşbəxt olacaq, bizim birlik olmağımız lazımdır", - dediyi açıqlanıb.
 

Google+ WhatsApp ok.ru