DYP: Bu ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi baş verib

DYP: Bu ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi baş verib

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində yaralananların sayının azalmasına müsbət təsiri olub.
 
Maide.Az xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin SalamNews-a verdiyi məlumata görə, 2017-ci ilin altı ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 315 nəfər həlak olub, 832 nəfər xəsarət alıb.
 
"Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin
 
- 31,1%-i (276 hadisə, 96 ölüm, 335 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma;
 
- 31,1%-i (264 hadisə, 129 ölüm, 214 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması;
 
-12,3%-i (105 hadisə, 12 ölüm, 121 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması;
 
-1,5%-i (13 hadisə, 8 ölüm, 13 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbilə baş verib.
 
Ümumi statistik rəqəmlər göstərir ki, ötən illə müqayisədə qəzaların sayında azalmalar müşahidə edilir. Belə ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 57 fakt (6,3%) azalıb, həlak olanların sayı 11 nəfər (3,6%) artıb, xəsarət alanların sayı isə 138 nəfər (14,2%) azalıb.", - K.Əliyev bildirib.

Google+ WhatsApp ok.ru