Döyüş xəttinə can atan yüzlərlə gəncin qarşısını polis güclə aldı

Ağdamın Quzanlı qəsəbəsində şəhid Əmədov Qaryağdının yas mərasiminə Gəncə və Qəbələdən gəlmiş təxminən 70 nəfərə yaxın gənc yas mərasimindən sonra hikkə və hiddət içərisində qoşunların təmas xəttinə doğru irəliləyib.
 
Mövqelərə doğru qaçaraq və hayqırışlarla irəliləyən gəncləri polis və əsgırlər dayandıra bilməyib. Kütlənin ön xəttə yaxınlaşmasınn qarşısını yalnız əlavə polis və əsgərlər qüvvlərinin əraziyə cəlb olunmasından sonra ala biliblər. Hazırda ordu və daxili qoşunların əlavə qüvələri vətəndaşların ön cəbhəyə yaxınlaşmasının qarşısı almaq üçün təmas xəttində kordon yaradıblar.
 
Maide.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, cəbhə bölgəsinə Azərbaycanın digər rayonlarından də gələnlərin sayı getdikcə artır. Döyüş xəttinə yaxın yerləşən rayon və qəsbələrə yüzlərlə könüllü gəncin gəldiyi bildirilir. Gənclər Qarabağın azad edilməsi uğurunda ölüm-dirim müharibəsinə hazır olduqlarını bildirərək onların qarşısını kəsən polis və ordu zabitlərindən silah tələb ediblər.

Google+ WhatsApp ok.ru