İŞİD üzvü qadının etirafları

Baş kəsmələri görən qadın İŞİD terrorçusu Türkiyəyə qaçıb. CNN-ə açıqlama verən Xədicə adlı müəllimə İŞİD-ə qoşulan qadın terrorçulardan biridir. İŞİD-in muzdlu terrorçusu olan Xədicə baş kəsmələri və çarmıxa keçirmələri gördükdən sonra Türkiyəyə qaçmağa qərar verib.
 
Maide.az-ın məlumatına görəz, Xədicə insanı şoka salan hekayəsini belədir. 
 
İnternetdən tanış olduğu Tunisli bir kişi 25 yaşlı gənc qadını İŞİD-ə qoşulmağa razı salır.
 
İŞİD-in qadın qrupuna qatılan Xədicə terrorçuların paytaxt elan etdiyi Rakkada patrul xidmətinə qoyulur. Bu vəzifə onun digər qadınların İŞİD-in qaydalarına uyğun gəlib-gəlmədiyinə nəzarət mənasını verir.
 
İŞİD-in ona ayda 200 dollar ödədiyi deyən Xədicə, qaçmaq qərarını baş kəsmələri gördükdən sonra verdiyini söyləyir.
 
16 yaşında bir oğlanının təcavüzdə ittiham olunaraq çarmıxa çəkildiyini görən Xədicə hava hücumları başlamazdan bir neçə saat əvvəl qaçıb. 
 
Xədicə müsahibəsinin sonunda belə deyir: "Mən bu deyiləm. Mənim təhsildə dərəcəm var. Mən belə olmamalıyam. Mənə nə oldu? Onlara qoşularkən ağlım haradaydı, bilmirəm?"

Google+ WhatsApp ok.ru