DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək

DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək

Bütün matçlar Avropa zonasında baş tutacaq
 
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. 
 
Bütün matçlar Azərbaycan yığmasının da yer aldığı Avropa zonasında baş tutacaq.
 
C qrupunda Azərbaycan Şimali İrlandiyanı qəbul edəcəyi halda, lider Almaniya son sıradakı San Marinonu sınağa çəkəcək. Digər görüş isə Norveçlə Çexiya arasında olacaq.
 
E qrupunda ilk pillədə qərarlaşan Polşa Rumıniyanı sınağa çəkəcək. F qrupunun lideri İngiltərə isə Şotlandiyanın qonağı olacaq. (report) /
 
2018-ci il dünya çempionatının seçmə mərhələsi
Avropa zonası, VI tur 
C qrupu
20:00. Azərbaycan - Şimali İrlandiya
22:45. Almaniya - San Marino
22:45. Norveç - Çexiya
Xal durumu: Almaniya - 15; Şimali İrlandiya - 10, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San Marino - 0.
 
E qrupu
20:00. Qazaxıstan - Danimarka
22:45. Monteneqro - Ermənistan
22:45. Polşa - Rumıniya
Xal durumu: Polşa - 13, Monteneqro, Danimarka - 7, Rumıniya, Ermənistan - 6, Qazaxıstan - 2.
 
F qrupu
20:00. Şotlandiya - İngiltərə
20:00. Sloveniya - Malta
22:45. Litva – Slovakiya
Xal durumu: İngiltərə - 13, Slovakiya - 9 , Sloveniya - 8, Şotlandiya - 7, Litva - 5, Malta - 0.

Google+ WhatsApp ok.ru