Dörd minə yaxın müəllimin maaşı gecikir - Abşeronda 14 Dekabr 2016 02:00 Elm, Təhsil Abşeron rayonunda bir qrup təhsil işçisi məvaciblərini ala bilmir. Bu barədə “Qafqazinfo” ya Abşeron rayonundakı məktəblərdə çalışan təhsil işçiləri bildiriblər. Şikayətçilərin sözlərinə görə, artıq 2 aydır 3863 müəllim məvacibini ala bilmir. Müəllimlər bildirir ki, gecikmə ilə bağlı onlara heç bir açıqlama verilmir. Məsələyə aydınlıq gətirmək məqsədilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran aparıcı məsləhətçi Nizami Abbasov bildirdi ki, noyabr ayının məvacibi artıq hesablara köçürülüb: “Bu gün axşamadək bütün müəllimlər əmək haqlarını alacaqlar. Dekabr ayının maaşları isə 1 həftə-10 gün ərzində hesablara yatırılacaq”. Teqlər : #Dörd minə yaxın müəllimin maaşı gecikir Abşeronda, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Orta məktəbdə inşa yazmaq məcburi olacaq - KİMLƏRƏ? Məleykə Abbaszadə: “İki ildən sonra XI siniflər üçün buraxılış imtahanının qaydaları dəyişəcək”