Dövlət büdcəsinin `silinməsi`

Dövlət büdcəsinin `silinməsi`

"Exo" qəzetində "Azərbaycanda kütləvi "mərmərləşdirmə" büdcə pullarının silinməsi deməkdir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif paytaxtın bəzi parklarında yerə döşənmiş sürüşkən mərmər plitələrə diqqət çəkir. Yazıda vurğulanır ki, bu mərmərlər qarda-buzda təkcə sağlamlığa ziyan vurmur, elə büdcəyə də ağır yükdür.
 
Ekspert Nəriman Ağayev mövzu ilə bağlı qəzetə bunları deyib: "Avropada qədimi bordyurların qorunduğu çoxsaylı şəhərlər var. Baxmayaraq ki, onlar bir neçə 100 il öncə qoyulub. Amma çox yaxşı vəziyyətdədir. Azərbaycanda isə əks proses baş verir. 2-3 il öncə qoyulan mərmər və ya qranit bordyurlar artıq bu gün təmirə ehtiyac hiss edir".
 
N.Ağayev deyib ki, bütün bunlar da dövlət büdcəsinin dağıdılmasına yol açır: "Dövlət büdcəsi sağmal inək deyil. Odur ki, Hesablama Palatası bu məsələni öz nəzarətinə götürməlidir. Çünki söhbət dövlət vəsaitlərinin dağıdılmasından gedir".
 
Ekspert deyib ki, mərmər bordyurların tez-tez dəyişdirilməsi və təmiri dövlətə iqtisadi baxımdan milyonlarla ziyan vurur.
 
N.Ağayev hesab edir ki, bu kütləvi "mərmərləşdirmə"dən qazanan məmurlar məsuliyyətə cəlb edilməlidir: "Burada söhbət büdcə pullarının silinməsindən gedir . Ümumiyyətlə, dövlət büdcəsinin idarə edilməsi sistemində qayda yaratmağın vaxtı çoxdan çatıb". /

Google+ WhatsApp ok.ru