Dövlət satınalmalarında şübhəli məqamlar

Dövlət satınalmalarında şübhəli məqamlar

"Novoye Vremya" qəzetində "Dövlət vəsaitinə necə qənaət edək?" sualına cavab axtarılır.
 
Müəllif yazır ki, indi dövlət satınalmaları korrupsiyanın yayıldığı əsas sahələrdən biridir. Məhz bu sahədə qiymətlər bir neçə dəfə şişirdilir və vəsaitlərin bölüşdürülməsində ciddi nəzarət olmadığından böyük itkilərə yol verilir.
 
Yazıda vurğulanır ki, 2016-cı ildə ümumi həcmi 3 milyard manat olan 8 min 757 dövlət satınalması icra edilib. Bu satınalmaların 67.2 faizi ilin birinci, 32.8 faiz i isə ilin ikinci yarısına təsadüf edir:
"Şəffaflıq problemləri elə buradan başlanır. Belə ki, Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətinin portalında bu barədə yetərli informasiyalar yoxdur. Yekun hesabatda hətta tenderlərin keçirilməsi barədə məlumatlar belə verilmir. Bundan da irəli gələrək kontraktlar imzalanması, reallaşdırma müddəti barədə danışmağa yer qalmır".
 
Yazıda bildirilir ki, 985 satınalma rəqabətdən uzaq keçirilib və bu da əsas korrupsiya mənbəyidir. Həmin tenderlərə yalnız bir iştirakçı qatılıb.
 
Yazıda vurğulanır ki, ilin sonunda "yeganə iştirakçı ilə satınalmalar" üstünlük təşkil edib.
 
Müəllif yazır ki, dövlət satınalmalarının 298-i "təcili tələbat", 293-ü "keçən il başlanan işləri yekunlaşdırmaq", 160-ı isə "ölkənin müdafiəsi və təhlükəsizliyi" ilə əsaslandırılıb. 65 halda isə belə satınalmalara "sosial inkişaf və işsizliyin aradan qaldırılması" adı verilib.
 
Yazıda bildirilir ki, dövlət satınalmalarına cavabdeh qurumun portalı şəffaflıq baxımından yetərli deyil. /

Google+ WhatsApp ok.ru