Döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib

Döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib

Təsdiq edilmiş plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb.
 
Tam hazır vəziyyətə gətirilən 50-dən artıq hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.
 
Havaya qaldırılmış aviasiya düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirib. /
 
 
 
 

Google+ WhatsApp ok.ru