Dünya ciddi iqtisadi itki ilə qarşı-qarşıyadır - Ekspert

Dünya ciddi iqtisadi itki ilə qarşı-qarşıyadır - Ekspert

Yaxın Şərqdə, eləcə də Avropada hökm sürən gərgin vəziyyət dünya iqtisadiyyatına təsirsiz ötüşmür.
 
Maide.Az xəbər veirr ki, bunu Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, hər bir ölkə gəlirlərinin əhəmiyətli hissəsini terror hadisələrinin qarşısının alınmasına və təhlükəsizliyinin qorunmasına xərcləyir:
 
“Avropa ölkələrində təhlükəsizliyin qorunması ilə bağlı xərcləmələrdə artımlar var və bu da birbaşa həmin dövlətlərdə təhlükəsizlik probleminin daha da aktuallaşması ilə bağlıdır. Eləcə də Yaxın Şərq bir növ qaynar qazana çevrilib və daim baş verən terror hadisələri, region ölkələri arasında artan ziddiyyətlər nəticə etibarilə həmin ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Bu gün Avropada terror qorxusu var, Yaxın Şərqdə isə ümumiyyətlə təhlükəsizlik problemi gündəmdədir. Avropa dövlətlərinin təhlükəsizlikə bağlı xərclərinin ÜDM-dəki payı çox deyil. Ancaq Yaxın Şərq, Suriya və İranın timsalında ÜDM-in kəskin azalması və təhlükəsizliyin qoruna bilməməsi səbəbindən bu ölkələrin ciddi iqtisadi ziyanla üzləşməsi müşahidə olunmaqdadır”.
 
Dünyada hökm sürən geosiyasi gərginliyin Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, iqtisadçı bildirib ki, Azərbaycan üçün iqtisadi stabilliklə yanaşı, siyasi stabillik də çox önəmlidir:
 
“Siyasi stabillik divident vəd edir, ölkəyə daxilolmaları artırır. Güman edirəm ki, hazırda dünyada hökm sürən gərgin geosiyasi şəraitdə Azərbaycandakı mövcud siyasi stabillik həm də ölkəyə investisiyaların cəlb edilməsi baxımından bir baza rolunu oynayacaq. Hətta son hesabatda Azərbaycanın mövqeyinin yaxşılaşması ölkəmizə yeni imkanlar açır”.
 
Ekspert neftin qiymətlərindən də söz açıb:
 
“Neftin qiyməti psixoloji həddi, yəni 60 dolları keçə bilmir. Son hadisələr fonunda neftin qiymətində hələlik kəskin artımlar proqnozlaşdırılmır”.
 

Google+ WhatsApp ok.ru