Dünya Çempionatına vəsiqə qazanan 31-ci ölkə - VIDEO

Dünya Çempionatına vəsiqə qazanan 31-ci ölkə - VIDEO

-- Avstraliya yığması

Avstraliya yığması 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanan 31-ci ölkə olub. "Kenqurular ölkəsi" həlledici oyunda Hondurasdan üstün olmağı bacarıb.
 
"Aston Villa" klubunda çıxış edən Mile Edinakın hettriki nəticəsində 3:1 hesabı ilə qələbə qazanan Avstraliya yığması rəqibinə şans verməyib. 
 
DÇ-2018-ə Rusiyadan başqa vəsiqə qazanan ölkələr bunlardır: Braziliya, Argentina, Uruqvay, Kolumbiya, Mərakeş, Tunis, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, İslandiya, Serbiya, Fransa, Portuqaliya, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Polşa, Misir, İran, Yaponiya, Meksika, Nigeriya, Kosta-Rika, Panama, Seneqal, Avstraliya.(faktxeber)

Google+ WhatsApp ok.ru