Dünya çempionatında müsəlman hakimlərə oruc tutma qadağası 01 İyun 2018 01:00 İdman -- FİFA qadağan edib FİFA-nın verdiyi qərara görə, 2018-ci ildə futbol üzrə dünya çempionatı matçlarında hakimlik edəcək müsəlman hakimlər oruc tutmamalıdırlar. Maide.Az "El vahde" xəbər agentliyinə isitnadən xəbər verir ki, Dünya Kubokunda hakimlik edəcək misirli hakim Cihad Cerbese "FİFA Beynəlxalq Futbol Federasiyası, hakimlərə oyuna çıxacaqları gün oruc tutmaq qadağası qoyub" deyə bildirib. Rusiya Dünya Kuboku oyunları iyun ayında başlanacaq. İyul ayının 15-dək davam edəcək. İran İslam Respublikası , BƏƏ, Misir, Səudiyə Ərəbistanı və başqa ölkələr daxil olmaqla bir çox İslam ölkəsindən müsəlman hakimlər yarışmalarda iştirak edəcək. Teqlər : #Dünya çempionatında müsəlman hakimlərə oruc tutma qadağası, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ramosa 1 milyard dollarlıq təzminat davası açıldı Argentina işğalçı İsraillə oynamaqdan imtina etdi