Dünya ölkələrinin ictimai borcları fantastik həddə çatdı

Dünya ölkələrinin ictimai borcları fantastik həddə çatdı

-- İlk 11 ölkə

"Anadolu" agentliyi Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal ictimai borclarla bağlı açıqladığı proqnozlar əsasında statistika hazırlayıb.
 
Maide.Az agentliyə istinadən xəbər verir ki, bu ilin sonunda 181 ölkənin kommunal borcu ümumilikdə 71 trilyon 325 milyard 4 milyon təşkil edəcək.
 
Bunun 84 faizi cəmi 11 ölkənin payına düşəcək:
 
1. ABŞ - 22.1 trilyon
2. Yaponiya - 7.2 trilyon
3. Çin - 7.2 trilyon
4. İtaliya - 2.8 trilyon
5. Fransa - 2.8 trilyon
6. Almaniya - 2.5 trilyon
7. İngiltərə - 2.5 trilyon
8. Hindistan - 2 trilyon
9. Braziliya - 1.9 trilyon
10. Kanada - 1.6 trilyon
11. İspaniya - 1.5 trilyon
 
Beynəlxalq qurumlar iqtisadi böhran fonunda artan qlobal borcların yeni maliyyə itkisinə səbəb olacağını və bunu qarşısı alınması vacib problemlər sırasında ilk yerdə dayandığını açıqlayıblar.
 
Qeyd edək ki, 181 ölkənin bu ilin sonunda ümumi gəlirinin 86 trilyon 802 milyarda çatacağı proqnozlaşdırılır. ABŞ-ı nəzərə almadıqda bu gəlir 66.8 trilyarda enir ki, bu da ümumi borcdan daha aşağıdır.
 

Google+ WhatsApp ok.ru