Dünya şöhrətli Quran qarisi vəfat edib

Dünya şöhrətli Quran qarisi vəfat edib

Misr teleradio qariləri birliyinin üzvü və beynəlxalq dərəcəli qari Şeyx Məhmud İsmail Şərif 75 yaşında  vəfat edib. 
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, mərhumun oğlu Məhəmməd Məhmud Şərifin verdiyi məlumata görə, o, həftənin ikinci günü, avqust ayının 14-də, dünyasını dəyişib.
 
Şeyx Məhmud İsmail Şərif 1943-cü ildə Misrin Şərqiyyə əyalətinin Səqər rayonunda anadan olub. 1979-ci ildə Misr teleradiosunda Quran qiraət etməyə başlayıb. Bir çox dini mərasimlərdə və Cümə namazlarında Quran tilavət edib. Həmçinin mübarək Ramazan aylarında bir sıra Ərəb və Avropa dövlətlərində dini təbliğat çərçivəsində Quran tilavəti ilə məşğul olub.
 
Mərhumun cənazəsi avqustun 15-də Quran aşiqlərinin izdihamlı müşayəti ilə dəfn edilib.  

Google+ WhatsApp ok.ru