Dünya əhalisinin sayı  2050-ci ildə 10 milyarda çatacaq

Dünya əhalisinin sayı 2050-ci ildə 10 milyarda çatacaq

-- əhali sayında azalma olması gözlənilən yeganə bölgə ...

Dünya əhalisinin sayı hər il təxminən 84 milyon artır. Dünya əhalisinin sayının 2050-ci ildə 10 milyarda, yüzilliyin sonunda isə 11,2 milyarda yüksələcəyi təxmin edilir.
 
Maide.Az "AA"a istinadən xəbər verir ki,  Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu, keçən yüzillikdə və hal-hazırda dünya əhalisinin sayı, və gələcək 50 ildə olacaq dəyişikliklər barədə proqnozunu açıqlayıb.  Bu təxminlərə görə 2 min il əvvəl dünya əhalisinin sayı 300 milyon olub. 
 
Əhali sayı 1600-cü ildə 600 milyona, 1804-cü ildə 1 milyarda, 1900-cü ildə 1,5 milyarda, və 2011-ci ildə 7 milyarda çatdı. Əhali sayında ən sürətli artım 1950-ci ildən sonra qeyd olundu. Hal-hazırda dünya əhalisinin sayı 7,7 milyarda çatıb.
 
BMT-nin Əhali Fondunun məlumatına görə 2017-2050-ci illər arasında dünya əhalisinin sayı  2,2 milyard artacağı gözlənilir.  Bu dönəmdə dünya əhalisi sayına Afrika qitəsindən 1,3 milyard, Asiyadan 750 milyon insanın qatılması gözlənilir. Əhali artımında Latın Amerikası, Karib hövzəsi, Şimali Amerika və Okeaniya bölgəsi Asiya bölgəsi ilə eyni olacaq.
 
Bu dönəmdə əhali sayında azalma olması gözlənilən yeganə bölgə Avropa qitəsidir. Təxmini hesablamalara görə 2017-2050-ci illərdə 51 ölkə və bölgədə əhali sayının azalması gözlənilir. Bu ölkə və bölgələrin çoxu Avropa qitəsində yerləşir.
 
Təxmin edildiyinə görə 2050-ci ildə dünya əhalisinin yarısını sadəcə 9 ölkə təşkil edəcək. Bu ölkələr Hindistan, Nigeriya, Konqo, Pakistan, Efiopiya, Tanzanya, ABŞ, Uqanda və İndoneziyadır.

Google+ WhatsApp ok.ru