Dünyada 152 milyon uşaq məktəb əvəzinə işə gedir

Dünyada 152 milyon uşaq məktəb əvəzinə işə gedir

-- hər 4 uşaqdan 1-i sağlamlığına və inkişafına mənfi təsir göstərən işlərdə çalışmaq məcburiyyətində qalır

Birləşmiş Millətlər Təşkilatı (BMT) 12 iyun Dünya Uşaq Əməyinin İstismarına Qarşı Mübarizə günü münasibətilə azyaşlıların məcburi əməyə cəlb olunması və iş şəraiti ilə bağlı yayımladığı rəqəmlər narahatlıq doğurur. 
 
Maide.Az "dunyabulteni"ə istinadən n xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən 2017-ci ilin noyabr ayında hazırlanan hesabata görə, ən az inkişaf etmiş ölkələrdə hər 4 uşaqdan 1-i sağlamlığına və inkişafına mənfi təsir göstərən işlərdə çalışmaq məcburiyyətində qalır.
 
Mərkəzi Cenevrədə yerləşən Beynəlxalq İş Təşkilatının (LIO) 2017-ci il hesabatına görə, dünyada 5-17 yaş aralığında olan 152 milyon uşaq fiziki əməklə məşğuldur. Olanların yarısının 12 yaş və ondan aşağı olduğu açıqlayıb. Bu, həm də məktəblilərin təhsildən yayınması deməkdir.
 
152 milyon uşağın 73 milyonu təhlükəli iş şəraitində işləyir. Dünyada hər 10 uşaqdan 1-i əməyə cəlb olunur ki, onlardan 64 milyon nəfəri qız, 88 milyon nəfəri isə oğlan uşaqlarıdır. Azyaşlı işçilərin 70,9 %-i kənd təsərrüfatında, 17,2 %-i xidmət sektorunda, 11,9 %-i isə sənayedə işləyir.
 
Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, ən çox uşaq əməyi Afrikadadır. Afrikada 72.1 milyon uşaq işləyir ki, onların 31,5 %-i təhlükəli işlərdə çalışır. 2012-2016-cı illərdə dünyada uşaq əməyinin azalması müşahidə edildiyi təqdirdə, Afrikadakı uşaqların sayının artması narahatlıq yaradır.
 
Afrikadan sonra ən çox uşaq işçiləri olan bölgə (62 milyon uşaq işçi) Asiya və Sakit okean bölgəsidir. Şimali və Cənubi Amerikada 11 milyon uşaq, Avropada və Orta Asiyada 6 milyon uşaq işləməkdədir.
ILO hesabatına əsasən, münaqişə baş verən ölkələrlə sakitliyin hökm sürdüyü bölgələrlə müqayisəsində 77 % daha çox uşaq işçi mövcud olduğu görsənir.

Google+ WhatsApp ok.ru