Dünyada 3,1 milyon insan süd vəzisi xərçəngindən əziyyət çəkir

Dünyada 3,1 milyon insan süd vəzisi xərçəngindən əziyyət çəkir

-- Xəstəliyin bu növü qadınlar arasında yayılan xərçəngin ikinci əsas növü hesab olunur

“Estée Lauder” korporasiyası tərəfindən təsis edilən “Süd vəzisi xərçəngi kampaniyası” artıq 25 ildir ki, fəaliyyət göstərir.
 
Maide.Az bildirir ki,  Trend-in məlumatına görə, Azərbaycan kampaniyaya 2017-ci ildən etibarən qoşulub.
 
“Süd vəzisi xərçəngi kampaniyası” qadınlar arasında maarifləndirmə işləri apararaq xəstəliklə mübarizədə onlara bir növ yardımçı olmağa çalışır.
 
Dünyada hər 4 qadından 1-də süd vəzisi xərçənginə rast gəlinir. Xəstəliyin bu növü qadınlar arasında yayılan xərçəngin ikinci əsas növü hesab olunur.
 
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, 2011-ci ildə 508 min qadın məhz süd vəzisi xərçəngindən vəfat edib. 2012-ci ildə isə süd vəzisi xərçəngi qadınlar arasında yayılan xərçəngin 12 %-ni təşkil edib. 2017-ci ildə xəstəliyin bu növü dəri xərçənginə yoluxma ilə müqayisədə 30% çoxluq təşkil edib.
 
Hazırda xəstəliyin bu növündən 3,1 milyon insan əziyyət çəkir.
 
Xəstəlik 40 yaşa qədər xanımlar arasında 5% təşkil edir. 55 yaşdan yuxarı xanımlar isə yüksək risk qrupuna daxil edilir.
 
ABŞ-da hər 2 dəqiqədən bir 1 qadına süd vəzisi xərçəngi diaqnozu qoyulur. Hər 8 qadından 1-i isə süd vəzisi xərçənginə yoluxur.
 
Süd vəzisi xərçəngi xüsusilə inkişaf etmiş ölkələrdə yaşayan qadınlar arasında geniş yayılıb. Belə ki, Şimali Amerikada bu göstərici 80%, inkişaf etməkdə olan ölkələrdə isə 40 % təşkil edir.
 
Süd vəzisi xərçənginə yoluxma faktorları kimi genetik və xarici amillər göstərilir.
 

Google+ WhatsApp ok.ru