Dünyada ekologiyaya ən çox zərər vuran şəhərlərin siyahısı tərtib olunub 09 İyun 2018 01:00 Xəbərlər -- Azərbaycan paytaxtı ildə 8,7 meqatonn karbon qazı ifraz edir Cənubi Koreyanın paytaxtı Seul ekologiyaya ən çox zərər vuran şəhərlər sırasında birinci yeri tutub. Maide.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Dünyada Karbon İzinin Şəbəkə Modeli (GGMCG) layihəsinin təqdim etdiyi hesabatda qeyd olunub. Məlumata görə, Seul ildə 267,1 meqatonn karbon qazı ifraz edir. Hesabatda ikinci yeri Çinin Quançjou (272 meqatonn), üçüncü yeri isə ABŞ-ın Nyu York şəhəri (233,5 meqatonn) tutur. Bakı şəhəri 500 şəhərdən ibarət siyahıda 260-cı yeri tutub. Azərbaycan paytaxtı ildə 8,7 meqatonn karbon qazı ifraz edir. Ümumilikdə, dünyada ekologiyaya ən çox zərər verən ölkələr ABŞ, Çin, Avstraliya və Səudiyyə Ərəbistanıdır. Teqlər : #Dünyada ekologiyaya ən çox zərər vuran şəhərlərin siyahısı tərtib olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Qüds və Qarabağ eyni dərddə” adlı elmi-praktik konfrans keçirilib-FOTO İraqın parlament sədri: Seçkilər yenidən keçirilməlidir