Dünyada elektrik avtomobillərinin sayı 2 mln.-u keçib

Dünyada elektrik avtomobillərinin sayı 2 mln.-u keçib

Bu rəqəmin 2020-ci ildə 20 mln.-a çatması gözlənilir
 
2016-cı ildə bütün dünyada elektrik avtomobillərinin sayı 60% artaraq 2 mln. ədədə çatıb. 
 
Bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) "Qlobal elektrik avtomobili icmalı-2017" adlı hesabatında bildirilir. 
 
Sənədə əsasən, elektrik avtomobillərinin sayının kəskin artması bir sıra ölkələrin ətraf mühiti qorumaqla bağlı siyasət yürütməsi ilə əlaqədardır. 
 
"Elektrik avtomobillərinin sayının artması onlar üçün enerji doldurma stansiyalarının da sayının artmasına gətirib-çıxarıb. Təkcə 2016-cı ildə dünyada 2,3 mln. enerji doldurma stansiyası işə başlayıb", - hesabatda qeyd edilib. 
 
IEA 2020-ci ilə qədər elektrik avtomobillərinin sayının 20 mln.-a, 2025-ci ilə qədər isə 70 mln.-a çatacağını proqnozlaşdırır. 2016-cı ildə bu kateqoriyadan olan nəqliyyat vasitələrinin satış həcminə görə Çin lider olub. İl ərzində Çində 336 min ədəd elektrik avtomobil satılıb. Bu rəqəm ABŞ-da 159 min, Norveçdə 50 min civarında olub. İlk 3-lük qlobal satışın 90%-ni əhatə edib. 
 
Elekrtik avtomobillərinin satışına görə ilk 10-luqda 37 912 ədədlə Böyük Britaniya, 29 507 ədədlə Fransa, 24 851 ədədlə Yaponiya, 24 612 ədədlə Almaniya, 24 477 ədədlə Niderland, 13 415 ədədlə İsveç, 11 580 ədədlə Kanada yer alıb. (report) /

Google+ WhatsApp ok.ru