Dünyada ən nazik oyun noutbuku təqdim edilib

Dünyada ən nazik oyun noutbuku təqdim edilib

"Asus” şirkəti “ROG Zephyrus” adlı noutbukunun satışına başlayıb. İstehsalçının bəyanatına görə, “ROG Zephyrus” qurğusu “Nvidia GeForce GTX 1080” qrafik kartı ilə təchiz edilmiş ən nazik oyun noutbukudur. Qurğunun qalınlığı 16,9 mm-dir. Müqayisə üçün, “MacBook Pro” noutbukunun qalınlığı 15,5 mm-dir.
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, yeni noutbuk “Intel Core i7-7700HQ” prosessoru, 1920x1080 piksel təsvir ölçülü 15,6 düymlük diaqonallı displey və “Nvidia G-Sync” adaptiv sinxronlaşdırma texnologiyası ilə təchiz edilib.
 
“ROG Zephyrus” noutbukunun əsas özəlliklərindən biri “Active Aerodynamic System” adlı soyutma sistemidir. Noutbuk işlək vəziyyətdə olduqda sözügedən soyutma sistemi hava axınını artıran və daha yaxşı soyutmağa imkan verən xüsusi hava dəliyi açır.
 
Klaviatura eyni anda 30-dək toxunuşu “tanıyır” və “Aura RGB” arxa işıqlandırıcısı ilə təchiz edilib. Sensor idarəetmə klaviş blokundan sağ tərəfdə yerləşir. 
 
 
“ROG Zephyrus” noutbuku, həmçinin “Thunderbolt 3” və “USB 3.1” interfeysləri tərəfindən istifadə edilən “USB-C” konnektoru və 4 ədəd “USB 3.1” portu ilə təchiz edilib. Cihazın çəkisi təxminən 2,2 kq-dır.
 
512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilmiş “ROG Zephyrus GX501VI-XS74” modelinin qiyməti 2699 dollar təşkil edir. Müqayisə üçün, yüksək konfiqurasiyaya malik  “MacBook Pro” noutbuku  2799 dollara təklif edilir. /

Google+ WhatsApp ok.ru