Dünyanın ilk `ağıllı qatar`ı xəttə buraxıldı - VİDEO

Dünyanın ilk `ağıllı qatar`ı xəttə buraxıldı - VİDEO

Çinin Çuzhou İnstitutu və müstəqil "Rail Rapid Transit” (ARRT) adlı şirkəti dəmir yolu ekspres sistemində yeni layihə həyata keçirib.
 
Şirkət elektrik enerjisi ilə maşinistsiz hərəkət edəcək sürət qatarları hazırlayıb. Elektrik qatarı enerji ilə tam doldurulduqda 70 kilometrlik məsafəni qət edə bilir. 10 dəqiqə enerji yığan qatar 25 kilometrlik məsafəni gedə bilir.
 
Layihənin ilk sınaqları Çinin Çuzhou şəhərində keçirilib.
 
Layihə çərçivəsində relslərdə kameralar və sensorlar quraşdırılıb. İlk sınaqda içərisində jurnalistlərin olduğu qatar 4 kilometrlik məsafəni müvəffəqiyyətlə başa vurub.
 
Baş mühəndisi Feng Ciyanqın sözlərinə görə, "ağıllı”qatarlar ənənəvi dəmir relslərdən ayrılan , rezin şinlər üzərində hərəkət edir. Bu parçalar vasitəsilə qatarların beyninə proqramlaşdırılmış mərkəzi sistem vasitəsilə təlimatlar ötürülür.
 
"Ağıllı” qatarların müasir tramvay və avtobuslardan fərqi isə, yeni bir yol seçimi təklif etməsidir. Ən qısa yollarla hərəkət edən qatar şəhər daxilində müasir nəqliyyat vasitələrindən sürətlə hərəkət edir. 300-500 sərnişin daşıma gücünə malik "ağıllı” qatarlar dünya bazarına 2020-ci ildə çıxarlacaq.
 
Asan quraşdırılma texnologiyası ilə digər nəqliyyat vasitələrindən üstün olan "ağıllı” qatarlarda təhlükəsizlik sitemi də quraşdırılıb. Qatar ətrafdakı potensial təhlükələrə həssas sensorlarla təchiz edilib. Bir neçə kilometr qarşda olan nasazlıq siqnal vasitəsilə mərkəzi beyinə ötürülür və təhlükəsizlik sistemi aktivkləşir.
 
Şirkət layihəni daha da təkminləşdirib 2019-cu ildə yenidən təqdimat keçirtmək niyyətindədir. Layihə xarici bazarda olduqca böyük maraqla qarşılanıb.(publika.az)
 

Google+ WhatsApp ok.ru