Dünyanın ən qısa uçuşları – Cəmi 47 saniyə

Dünyanın ən qısa uçuşları – Cəmi 47 saniyə

Bəzi ölkələr arasındakı təyyarə reysləri 17-19 saat davam etsə də, elə yerlər də var ki, təyyarəyə 47 saniyəyə bir məntəqədə digər məntəqəyə çatır.
 
Maide.Az “Ensonhaber.com”a istinadən xəbər verir ki, elə ölkələr var ki, iki şəhər və ya kənd arasında 47 saniyəlik və bir neçə dəqiqəlik uçuşlar həyata keçirilir.
 
Belə qısa məsafələrin təyyarə ilə gedilməsinin səbəbi isə coğrafi şəraitlə bağlıdır. Belə ki, bəzi yerlər arasında çətin şəraitli keçilməz dağlar, şəlalər, çaylar və.s olduğu üçün nəqliyyat və gəmi ilə getmək əlverişsizdir.
 
Ona görə də yerli əhalinin rahat hərəkətini təmin etmək üçün alternativ nəqliyyat olaraq təyyarə uçuşları həyata keçirilir.
 
Bilet qiymətləri isə çox aşağı olur.
 
Aşağıdakı siyahıda dünyada ən qısa məsafəyə və ən az vaxt sərf olunan uçuşları təqdim edirik:
 
1. Uestri – Papa Uestri reysi (Şotlandiya).
Məsafə 2,7 km, uçuş vaxtı 47 saniyə.
 
 
 
2. Keqata – Apovo reysi (İndoneziya).
Məsafə 2,09 km, uçuş vaxtı 90 saniyə.
 
 
3. Caye Çapel – Caye Colker reysi (Karib hövzəsi).
Məsafə 3,9 km, uçuş vaxtı 2 dəqiqə.
 
 
4. Karpatos – Kasos reysi (Yunanıstan).
Məsafə 19,3 km, uçuş vaxtı 5 dəqiqə.
 
 
5. Konnemara – İnişmaan reysi (İrlandiya).
Məsafə 16 km, uçuş vaxtı 6 dəqiqə.
 
 
6. Hoolehua – Kalaupapa reysi (Havay).
Məsafə 14,2 km, uçuş vaxtə 10 dəqiqə.
 
 
7. Saypan – Tinyan reysi (Şimali Marina adaları).
Məsafə 17 km, uçuş vaxtə 10 dəqiqə.
 
 
8. Cayman Brac – Kiçik Cayman reysi (Karib hövzəsi)
Məsafə 19 km, uçuş vaxtə 10 dəqiqə.
 
 
9. Minami-Daito - Kita-Daito reysi (Yapniya).
Məsafə 11 km, uçuş vaxtı 15 dəqiqə.
 
 
10. Papite – Morea reysi (Fransa polineziyası).
Məsafə 17,7 km, uçuş vaxtı 15 dəqiqə.
 

Google+ WhatsApp ok.ru