Dünyanın ən qədim Quran nüsxəsindən FOTOLAR

Dünyanın ən qədim Quran nüsxəsindən FOTOLAR

-- Quranın yazılma tarixi xəlifə Osman ibn Əffanın zamanına aiddir

Dünyanın ən qədim və nadir əlyazma Qurani-Kərim nüsxəsi BƏƏ-nin Şarcə şəhərində keçirilən 36-cı  beynəlxalq kitab sərgisində nümayiş olunur.
 
Maide.Az "İqna"a istinadən xəbər verir ki, dünyanın ən qədim və nadir əlyazma Quran nüsxəsi sayılan "Birmenqam Quran nüsxəsi"nin orjinalı və elektron nümunəsi “Quran”ın eramızın 468-645-ci illərə aid əlyazmasının surətidir.
 
Sənəd beynəlxalq ictimaiyyətə ilk dəfə təqdim olunur. 
 
Dünyada ən böyük Şarca kitab yarmarkası 1982-ci ildən bəri Birləşmiş Ərəb Əmirliklərində keçirilir. Bu il burada 1,5 milyon kitab satışa çıxarılacaq.
 
Bu nüsxə 2015-ci ilin İyul ayında universitetin qədim əlyazma sənədləri arasında kəşf edilib və yazılma tarixi xəlifə Osman ibn Əffanın zamanına aiddir.
 
Radikarbon analizlərinin 95/4% dəqiqlik ilə nəticəsi göstərir ki, Birmenqam Quranının yazıldığı tarix 468 - 645-ci illərə təsadüf edir. Buna görə də bu nüsxə Quranın ən qədim əlyazma nüsxəsidir.
 
Şarca Beynəlxalq Kitab Sərgisi cari ilin noyabr ayının 1-də başlayıb və 11-dək davam edəcəkdir. Sərgidə dünyanın 60 ölkəsindən 1650 nəşriyyatçı  iştirak edir.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru