Dünyanın ən qədim tikiş iynəsi aşkarlanıb

Dünyanın ən qədim tikiş iynəsi aşkarlanıb

Rusiya arxeoloqları Altay vilayətində Denisov mağarasından sümükdən hazırlanan, 50 min il yaşı olan tikiş iynəsi tapıblar.
 
“Planet – Today” saytı  xəbər verir ki, uzunluğu 6 santimetr olan, quş sümüyündən düzəldilmiş bu iynənin saplamaq üçün “gözü” də var.
 
Alimlər arxeoloji tədqiqatlara əsaslanaraq hesab edirlər ki, tikiş bacarığı 40 min il bundan əvvəl Fransada yaranıb. Amma Altayda aşkar olunan tikiş iynəsi bu fikirləri təkzib edir və arxeologiya elmində bir yenilikdir.
 

 

Google+ WhatsApp ok.ru