Düşmən Tovuz rayonu istiqamətində təxribat törədib - FOTO

Düşmən Tovuz rayonu istiqamətində təxribat törədib - FOTO

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.
 
Erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.
 
Hərbi qulluqçularımız arasında itki yoxdur.
 
Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.
 
 
 

Google+ WhatsApp ok.ru