Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
 
Maide.İnfo xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.
 
Təxribat qrupunun bir üzvü ələ keçirilib.
 
Hadisə barədə əlavə məlumat veriləcək. /

Google+ WhatsApp ok.ru