DİM bu il keçiriləcək imtahan və digər tədbirlərin tarixlərini elan edib

DİM bu il keçiriləcək imtahan və digər tədbirlərin tarixlərini elan edib

-- imtahanların tarixləri və tədbirlərin qrafik cədvəli

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu il keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyən olunub.

 

Maide.Az bildirir ki, DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

 

İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

 

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə  abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək.

 

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.

 

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış olmaq mümkündür:

 

ədbir

Tarix (2018‑ci il)

Qeyd

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına:

ərizə qəbulu

2- 12 fevral

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

20- 24 fevral

 

QƏBUL İMTAHANI – 1-ci mərhələ

25 fevral

 

Proqram seçimi

7- 17 may

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

25 may- 2 iyun

 

QƏBUL İMTAHANI – 2-ci mərhələ

3 iyun

 

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı

20- 30 aprel

 

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı

7- 11 may

 

İxtisaslaşma  seçimi

8- 18 iyun

 

68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı

6-8 iyun

 

bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

28 iyun- 11 iyul

 

AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat

7 iyun- 10 iyul

 

AMEA magistraturasına qəbul olmaq üçün müsahibə

12 iyun- 14 iyul

 

boş qalan yerlərə ixtisas seçimi

7- 13 avqust

 

boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

16-24 avqust

 

Azərbaycan Respublikasında rezidenturaya :

ərizə qəbulu

15- 22 fevral

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

27- 31 mart

 

QƏBUL İMTAHANI 1-ci mərhələ

1 aprel

 

I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı

4- 11 iyun

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

4- 7 iyul

 

QƏBUL İMTAHANI 2-ci mərhələ

8 iyul

 

İxtisas seçimi

10- 16 iyul

 

namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

3- 7 iyul

 

boş qalan yerlərə ərizə qəbulu

31 iyul- 1 avqust

 

Sınaq imtahanı (elektron)

16 may (II mərh)

 

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)

1-ci imtahan

22 aprel

 

29 mart- 10 aprel 23:59-dək elektron ərizələrini təsdiq etmiş, lakin 1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat

18 – 29 may

 

18-29 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün  2-ci imtahan

10 iyun

 

elektron ərizələrini 10 aprel saat 23:59-dan sonra təsdiq etmiş  abituriyentlər üçün imtahan

10 iyun

 

2-ci imtahan

10 iyun

 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları

1, 15, 29 aprel

 

ərizə qəbulu  (I – V qruplar)

29 mart- 30 aprel

 

ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün   elektron qeydiyyatı

17 may- 14 iyun

 

QƏBUL İMTAHANI (ilk imtahan) – II və III ixtisas qrupları üzrə

13 may

 

QƏBUL İMTAHANI (ilk imtahan) – I və IV ixtisas qrupları üzrə

20 may

 

QƏBUL İMTAHANI (ikinci imtahan) – I və IV ixtisas qrupları üzrə

18 iyul

 

QƏBUL İMTAHANI (ikinci imtahan) – II və III ixtisas qrupları üzrə

26 iyul

 

QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) – V qrup üzrə

10 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat

V qrup üzrə 6- 16 iyul

I qrup üzrə 21- 24 iyul

 

Bakı İslam Universitetinə qəbul olmaq istəyənlərin qeydiyyatı

29- 31 iyul

11- 13 avqust (boş qalan     yerlərə)

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup)

V qrup üzrə 23 iyul- 12 avqust

I qrup üzrə 30 iyul- 2 avqust

 

Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı

30 iyul- 3 avqust

13- 16 avqust (boş qalan yerlərə)

 

jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı

10-30 aprel

 

jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı

6 avqust

 

İxtisas seçimi (I – IV qrup)

30 iyul- 13 avqust

 

İxtisas seçimi (V qrup)

30 iyul- 13 avqust

 

abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ)

16- 28 avqust

 

boş qalan yerlərə ixtisas seçimi

16- 20 avqust

 

boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

24 avqust- 3 sentyabr

 

hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı

30 iyul

 

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illikorta təhsilbazasında:

ərizə qəbulu

1- 27 mart

 

QƏBUL İMTAHANI  I mərhələ (əvvəlki illərin məzunları)

15 aprel

 

QƏBUL İMTAHANI  II mərhələ (əvvəlki illərin məzunları)

10 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat

6-16 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

30 iyul- 3 avqust

 

ixtisas seçimi

25 iyul- 6 avqust

 

abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

9-24 avqust

 

boş qalan yerlərə ixtisas seçimi

28 avqust- 3 sentyabr

 

boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

5- 12 sentyabr

 

Orta ixtisas təhsili müəssisələrinə tam (11 illikorta təhsilbazasında:

ərizə qəbulu

29 mart- 30 aprel

 

QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)

10 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat

6-16 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

23 iyul- 3 avqust

 

ixtisas seçimi

16- 20 avqust

 

abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

24- 30 avqust

 

boş qalan yerlərə ixtisas seçimi

1- 5 sentyabr

 

boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

7-12 sentyabr

 

Buraxılış imtahanları:

İlk peşə-ixtisas təhsili müəssisələri

18 mart

 

Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət

4 mart

 

Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət

11 mart

 

Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət

18 mart

 

Ümumi orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

15 aprel

 

Ümumi orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət

21 iyun

 

Ümumi orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət

27 iyun

 

Ümumi orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət

3 iyul

 

Ümumi orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün(II mərhələ))

10 iyul

 

Tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət

21 iyun

 

Tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət

27 iyun

 

Tam orta (11 illik) təhsil bazasında, 3-cü istiqamət

3 iyul

 

Tam orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

10 iyul

 

 

 
 

 

Google+ WhatsApp ok.ru