DİN Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb  Böyüt

DİN Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb Böyüt

-- 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əsgər Xanəhmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun hərəkət hissəsində olan inəyi vurub.
 
Bu zaman arxadan gələn Quba rayon sakini Azad Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan Ə.Xanəhmədova məxsus “KamAZ” markalı avtomobilə vurub.
 
Nəticədə A.Novruzov və sərnişinlərindən - Bakı şəhər sakini Xanlar Məmmədov və Quba rayon sakini Rəşid Cəfərov hadisə yerində ölüblər, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.     
 

Google+ WhatsApp ok.ru