Dəm qazı iki can aldı

Dəm qazı iki can aldı

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
 
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 48 yaşlı  Eldar Əhmədov və onun həyat yoldaşı, 42 yaşlı Aysabah Əhmədova yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər. Ər hadisə yerində keçinib, A. Əhmədova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.
 
Digər zəhərlənmə hadisəsi Sabunçu rayonunda baş verib. Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1954-cü il təvəllüdlü Haqverdi Allahverdiyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.
 
Hər iki ffaktla bağlı araşdırma aparılır. (apa) / 

 

Google+ WhatsApp ok.ru