Dəməşq aeroportunda güclü PARTLAYIŞ - VİDEO

Dəməşq aeroportunda güclü PARTLAYIŞ - VİDEO

Səhər saatlarında Dəməşq beynəlxalq aeroportunda güclü partlayış baş verib.
 
Maide.Az xəbər verir ki, tələfatlar barədə hələ məlumat verilməyib.
 
Partlayışın güclü olması səbəbindən aeroportdan 25 kilometr məsafədə yerləşən Dəməşqdə partlayış səsi eşidilib.
 
Partlayışdan dərhal sonra hadisə yerində yanğın başladığı da bildirilir. 
 
“AMN - Al-Masdar News” adını açıqlamadığı rəmilərə istinadən bildirir ki,  Dəməşq hava limanı və onun ətrafına 5 hava hücumu edilib. Hələlik  bu məlumatın dəqiqliyi araşdırılılr.  
 
"Sputnik" agentliyi isə Dəməşq hava limanını sionist İsrail rejimi tərəfindən bombalandığını bildirib.  
 
"Əl-Ələm" telekanalı isə verdiyi məlumata görə, İsrail rejimi həmin ərazidə yerləşən hərbi bazaya hava zərbələri endirilib.
 
Partlayışın səbəbləri hələ məlum deyil. /

Google+ WhatsApp ok.ru