Dəri səpgilərinin yaranma səbəbləri

Dəri səpgilərinin yaranma səbəbləri

-- yaz-yay mövsümündə dəridə və

Yayın qızmar günlərində həm uşaqlar, həm də böyüklər arasında dəri səpgilərinə rast gəlinir.
 
Mütəxəssislərin fikrincə, dəri səpgiləri milçək və ağcaqanad sancması, günəşin yandırıcı şüaları, vaxtı keçmiş qida məhsullarından istifadə edilməsi, qadağa qoyulmuş ərazilərdə, göl və çimərlikdə çimmək və digər səbəblərdən əmələ gəlir.
 
Vaxtında onun qarşısı alınmadıqda daha böyük fəsadlar yarana bilər. Araşdırmalara görə, yaz-yay mövsümündə dəridə və selikli qişalarda müxtəlif allergik mənşəli hallar müşahidə olunur.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, Uşaq Bərpa Müalicə Mərkəzinin allerqoloqu Pərvanə Hüseynovanın fikrincə, xəstəliyin inkişaf etməməsi üçün profilaktik tədbirlər görülməlidir. “Əgər allergen növü hər hansı həşəratdırsa, xüsusilə həssas uşaq dərisini zərərli təsirlərdən qorumaq üçün kremlərdən istifadə olunmalıdır. Allergiya mənbəyi qida olduqda yeganə yol həmin qida növündən uzaq olmaqdan ibarətdir”, - deyə Pərvanə Hüseynova bildirib.
 
İsti havada dərinin gigiyenasına fikir vermək lazımdır. Hər hansı səpgi, qaşınma, qızartı və digər əlamət müşahidə olunanda dərhal allerqoloqa müraciət edilməlidir.
 

Google+ WhatsApp ok.ru