Dəri xərçənginin qarşısını ala bilən bitkilər

Dəri xərçənginin qarşısını ala bilən bitkilər

Kurkumin
Kurkumin, sarıkökün içində olan parlaq sarı piqmentdir. Antioksidant və iltihab sökücü xüsusiyyətləri olduqca güclüdür.Bir çox araşdırmaya mövzu olmuşdur və bu tədqiqatlara görə sağlam toxumalarda dəri xərçənginin əmələ gəlməsinə, çoxalmasına və yayılmasına mane olur.
Bir başqa faydası da ağciyərin toksinlərdən və zərərli maddələrdən təmizlənməsinə yardımcı olmasıdır.
Bütün bunlara əlavə olaraq, xərçəng hüceyrələrini qidalandıran qan damarlarının böyüməsini əngəlləyir və toxumaların iltihablanmasını azaldır.
 
Yaşıl çay
Siçanlar üzərində aparılan təcrübələrə görə, başlanğıc səviyyəsindəki dəri, udlaq və mədəaltı vəzi xərçəng hüceyrələrinin yox edilməsində mühüm rol oynayır.
Digər bir araşdırmaya görə, dərinizə yaşıl çay sürtmək ultrabənövşəyi şüalardan qorunmaq üçün təsirli bir yoldur.
 
Bənövşə yarpaqları
Bənövşə yarpaqları antineoplastikdir və şişin qarşısını alır. Şaparal DNT-nin mutasiyaya məruz qalmasını və xərçəng hüceyrələrinin yaranmasını əngəlləyir. (deyerler) /

Google+ WhatsApp ok.ru