Dəstəmazda məshi necə çəkim?

Maide.az-ın Rəhimli Nuranə adlı oxucusu dəstəmazda məsh çəkilməsinin necəliyi barədə sual ünvanlayıb: Dəstəmaz vaxtı ayağa məsh çəkəndə mütləq əyilmək lazımdırmı? Yoxsa, ayağı qaldırmaq olar, misal üçün stulun üstünə. Və yaxud ayağını qaldırırb havada məsh çəkəsən.
 
Cavab: Dəstəmazda məsh çəkmək üçün əyilmək şərt deyil. Məsh zamanı əlin ayağın və başın üstünə çəkilməsi şərtdir. Havada belə, əl ayağın üzərinə çəkilərsə, dəstəmaz səhihdir. Yəni başı və ayağı sabit saxlayıb, əli onların üzərinə çəkmək lazımdır. Əksi olarsa, yəni əl sabit qalıb baş və ya ayaq ələ çəkilərsə dəstəmaz batil olar. 

Google+ WhatsApp ok.ru