E.Məmmədyarov: «Azərbaycan danışıqlara hazırdır» 26 Aprel 2016 01:00 Qarabağ xəbərləri «ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini artırılması vacibdir. Azərbaycan münaqişənin həlli ilə bağlı nəticəyönümlü danışıqlara hazırdır». Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir ilə görüşündə deyib. Nazirliyin saytı xəbər verir ki, E. Məmmədyarov H.Desirə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verib, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini bildirib. Əsasən ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsinin aparıldığı görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərə də toxunulub. Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir Azərbaycandan əvvəl Ermənistanda səfərdə olmuşdu. (azadliq.org) Teqlər : #E.Məmmədyarov: «Azərbaycan danışıqlara hazırdır», Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vaqif Dərgahlı: `Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 20 yaşayış evinə ziyan dəyib` Müdafiə Nazirliyi: Ermənilər mövqelərimizi D-30 tipli haubitsalardan atəşə tutur - SON XƏBƏR
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni