Ebola 7 milyard dollar zərər verdi

Ebola 7 milyard dollar zərər verdi

Qərbi Afrika ebola virusu səbəbilə 7 milyard dollar itirib.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, Qərbi Afrika Səhiyyə Təşkilatının rəhbəri Stenli Okolo Qərbi Afrika ölkələrinin 2014-cü ildən epidemiya ilə üz-üzə qaldığını bildirib.
 
Onun sözlərinə görə, Syerra-Leone, Liberiya, Qvineya, Nigeriya və Seneqalın da daxil olduğu bir çox ölkədə müşahidə edilən ebola virusu minlərlə insanın ölümünə səbəb olub.
 
Okolo bildirib ki, epidemiyaya qarşı ilk 48 saat ərzində mübarizə aparmaq çox önəmlidir. Bu səbəbdən də bütün ölkələr buna hazır olmalıdır.
 
İlk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasında ortaya çıxan ebola 2013-cü ildə Qərbi Afrikada yenidən müşahidə edilmişdi.
 
Qərbi Afrika ölkələrində 2014-2017-ci illərdə müşahidə edilən epidemiya zamanı 30 min nəfər ebola xəstəliyinə yoluxmuş və 11 min nəfərdən çox insan ölmüşdü.

Google+ WhatsApp ok.ru