Ebola necə yoluxur?

Ebola dünyanın ən qorxulu röyasından birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, virus indiyə qədər 7 fərqli ölkədə 9 minə yaxın insana yoluxub. 
Bu virus 5 minə yaxın insanın canını alıb. 
Bəs Ebola nədir və insana necə yoluxur?
 
Ebola xəstənin əşyalarla təmasından, xəstənin sağlam insanlarla ünsiyyətindən, kəsik və yaradan yoluxur. Xəstə cənazəsinə toxunmaq Afrikada virusun sürətlə yayılmasına yol açıb. 
 
Ebolanın əlamətləri:
- Halsızlıq, solğunluq
- Yüksək temperatur 
- Ürək bulanması, qusma
- İshal
- Qanın laxtalanmasının pozulması 
- Qaraciyər və böyrəkdə problem 
 
Hələlik dünyanın qorxulu röyasına çevrilən Ebolanın vaksini yoxdur. Sadəcə virusun yayılmasına qarşı dərman var. Ebola ilk olaraq meyvə yarsası deyilən bir məməlinin insanı dişləməsi nəticəsində yayılıb. 
 
Ebola yüksək temperatur başlamadan bir insandan başqasına yoluxmur. Yəni temperaturu olmayan şəxsin başqasına Ebola yoluxdurma şansı yoxdur. 
 
Digər yoluxucu xəstəlik kimi Eboladan da qorunmağın ilk yolu gigiyenik qaydalara riayət etməkdir. Əllər tez-tez sabun və su ilə yuyulmalıdır. Potensial infeksiya meteriallarından uzaq durun. 
Ölü heyvanlarla təmasdan qaçın. Tanımadığınız vəhşi heyvanların ətini yeməyin. 

Google+ WhatsApp ok.ru