Ebola viruslu tələbələr Azərbaycanda... 25 Avqust 2014 01:00 Sağlamlıq Yeni tədris ilinin başlaması ilə Ebola virusunun yayıldığı ölkələrdən Azərbaycana tələbələrin gəlməsi ehtimalı var. Bu ehtimal dəyərləndirilərək sərhəd-keçid məntəqələrində yaradılan sanitar-karantin müfəttişliyi fəaliyyətini daha da gücləndirəcək. Səhiyyə Nazirliyinim Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov interpress.az-a bildirib ki, sanitar-karantin müfəttişliyində baxış zamanı vəziyyəti şübhə doğruan şəxslərlə bağlı bütün məlumatlar onların yaşadıqları ərazilər üzrə poliklinikalara göndəriləcək: “Belə hallarda həmin şəxslər müəyyən müddət nəzarətdə saxlanılır, vəziyyətləri gündəlik olaraq qiymətləndirilir. Ebola virusunun yayıldığı ölkələrlə Azrbaycanın əlaqəsi çox olmasa da bu ölkələrdən tələbələrin Dövlət Neft Akademiyası, Tibb Universitetində oxuması ehtimalı var. Buna gör də nəzarət tədbirləri gücləndiriləcək”. Ebola virusu ilə bağlı TƏS-da yaradılan qaynar xəttə müraciətlərə gəlincə isə Ş.Qurbanov indiyə qədər 4 müraciətin qeydə alındığını bildirİb: “Müraciətlər əsasən yüksək hərarətlə bağlı olur. Onlara ebola virusunun əlamətləri, yayılma şəraiti haqqında məlumat verilir”. Teqlər : #Ebola viruslu tələbələr Azərbaycanda..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda 50 minə yaxın insan qan azlığından əziyyət çəkir Bunu yeyən uşaqlar aqressiv olurlar
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir