Ebola virusundan ölənlərin sayı 10 mini keçdi

Dünya Səhiyyə Təşkilatından bildiriblər ki, Ebola virusundan əziyyət çəkən Qərbi Afrika ölkələri - Liberiya, Qvineya və Sierra Leonedə ölənlərin sayı 10 mini keçib.
 
Maide.az xəbər verir ki, virusun davam etdiyi Liberiya, Qvineya və Sierra Leonedə aşkar olunan 24 min 350 Ebola hadisəsində, 10 min 4 nəfərin öldüyü təsdiqlənib.
 
Ebola virusundan Liberiyada 9 min 343 haldan 4 min 162 nəfər, Sierra Leonedə 11 min 677 haldan 3 min 655 nəfər, Qvineyada isə 3 min 330 haldan 2 min 187 adamın dünyasını dəyişdiyi bildirilir.
 
Liberiyada son iki həftədə yeni hal aşkar edilmədiyi açıqlanıb.
 
Ebola virusuna görə Qərbi Afrikada 491 səhiyyə həmkarının öldüyü də gələn məlumatlar arasındadır. 
 
Qərbi Afrikadan başqa Ebola virusundan Malidə 8 yoluxmadan 6, Nigeriyada 20 yoluxmadan 8 və ABŞ-da 4 yoluxmadan 1 nəfər ölüb.
 
Dünya miqyasında Ebola virusundan ölənlərin sayı bu ölkələr də əlavə olunanda 10 min 19-a yüksəlib.

Google+ WhatsApp ok.ru