Ebolaya yoluxan həkim dərmanla sağalıb

Ebola xəstəliyinə yoluxmuş amerikalı həkim hələ təcrübədən keçən dərmanla müalicə olunub və sağalıb
 
Avqustun 21-nə Kent Brantli adlı həkimin müalicə olunduğu xəstəxanada xüsusi mətbuat konfransı keçiriləcək.
 
Brantlidən başqa bir amerikalı həkim də həmin xəstəliyə yoluxub və hazırda eyni xəstəxanada müalicə olunur.
 
Qərbi Afrikada- Liberiya, Syerra Leone, Qvineya, Nigeriyada Ebola xəstəliyindən 1400 adam ölüb. Xəstəliyin dərmanı hələ tapılmayıb, yalnız  sınaqdan keçirilən dərman var. 

Google+ WhatsApp ok.ru