Çeçenistanda insan haqları qrupunun ofisinə basqın edilib

Rusiya QHT-si bildirir ki, maskalılar onun Çeçenistan paytaxtındakı ofisinə hücum ediblər. İşgəncələr Əleyhinə Komitənin məlumatına görə, iyunun 3-də bir neçə gənc Qroznıdakı ofisinə hücum edib. Qurum polisin kömək çağırışlarına cavab vermədiyini, hücumçuların pəncərədən qaçdığını bildirir.
 
Bu təşkilatın ofisinə əvvəllər də basqın edilib, nümayəndələri döyülüb.
 
Qroznının dövlət televiziyası insidenti “vətəndaş təşkilatları və vətəndaş cəmiyyəti üzvlərinin” QHT-lərin işinin “siyasiləşməsi”nə etirazı kimi təsvir edib.
 
Çeçenistan lideri Ramzan Kadyrov deyib ki, hüquq-mühafizə orqanları hadisəni araşdırır və qanunsuz hərəkətlər cavabsız qalmayacaq.
 
İşgəncələrə qarşı Komitə Çeçenistanda fəaliyyət göstərən az sayda insan haqları qruplarındandır.

Google+ WhatsApp ok.ru