Efiopiyada 8,5 milyon insanın ərzaq yardımına ehtiyacı var

Efiopiyada 8,5 milyon insanın ərzaq yardımına ehtiyacı var

Efiopiyada ərzaq yardımına ehtiyacı olan insanların sayı artıq 8,5 milyon nəfərə çatıb. 
 
Maide.Az “AA”a istinadən xəbər verir ki, BMT, Efiopiya hökuməti və beynəlxalq qeyri-hökumət qurumların birgə hazırladığı "insani ehtiyac" hesabatında bildirilir ki, ölkə daxilində ərzaq yardımına ehtiyacı olan insanların sayı 7,8 milyondan 8,5 milyona qalxıb. 
 
Hesabatda bildirilir ki, ərzaq yardımına tələbatın artmasına səbəb ölkənin cənub və şərq bölgələrində bahar yağışlarının aşağı səviyyədə olmasıdır. 
 
Digər tərəfdən hesabatda, ölkədə təxminən 3,6 milyon uşaq, hamilə və süd əmizdirən ananın əlavə qidaya, 10,5 milyon insanın isə təmiz su ilə təmin edilməsi üçün dəstəyə ehtiyacı var. 
 
Şiddətli quraqlıqla birlikdə müxtəlif xəstəliklərlə da mübarizə aparan ölkədə, ilin əvvəlindən indiyədək 38 mindən çox kəskin ishal hadisəsi müşahidə edilib, 800-dən çox insan kəskin ishal xəstəliyinə görə həyatını itirib. 
 
Təxminən 100 milyon əhalisi olan ölkədə baş verən quraqlıq, əksəriyyəti heyvandarlıq və əkinçiliklə məşğul olan xalqı çətin duruma salıb. /

Google+ WhatsApp ok.ru