Efiopiyada aksiyaçılara atəş açılıb, yüzlərlə insan ölüb 02 Oktyabr 2016 01:00 Dünya Bu gün Efiopiyada dəhşətli qətliam yaşanıb. APA-nın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, paytaxt Ədib-Əbəbədən 40 km uzaqlıqdakı Oromia bölgəsində dini bir mərasim üçün toplaşan kütlənin içərisindəki bəzi şəxslər hökumət əleyhinə şüarlar səsləndiriblər. Bəzi aksiyaçılar təhlükəsizlik qüvvələrinə daş və şüşə atıblar. Təhlükəsizlik qüvvələrinin aksiyaçılara atəş açması nəticəsində yaşanan izdihamda yüzlərlə insan həyatını itirib. Cafer Muhammed adlı bir fəal ən azı 300 nəfərin öldüyünü, bundan daha çox sayda insanın isə yaralandığını bildirib. O, hərbçilərin və hərbi vertolyotların xalqa atəş açdığını, ölənlərin çoxunun atəşdən qaçmaq üçün uçurumdan atlayanların və gölə girənlərin olduğunu qeyd edib. Efiopiya hökuməti də olayda ölənlərin olduğunu bildirib və məsuliyyət daşıyan şəxslərin mühakimə olunacağını bəyan edib. Teqlər : #Efiopiyada aksiyaçılara atəş açılıb,#yüzlərlə insan ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tbilisidə Məhərrəm ayının başlanması ilə əlaqədar din xadimləri ilə toplantı keçirilib - FOTO Bəhreyn rejim qüvvələri hüseynçilərə hücum edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO